“Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş imzalanıb.
“Qafqazinfo” XİN-ə istinadən xəbər verir ki, Saziş Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sentyabrın 28-də Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşündə imzalanıb.
Nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.