Azərbaycan müstəqillik tarixində ilk dəfədir ki, suverenliyin tam bərpasından sonra seçki keçirilir” – Emin Həsənli

Bu gün səhər saatlarından xalqımız böyük əhval-ruhiyyə ilə səsvermədə iştirak edir.

Bu sözləri Herbiand.az-a “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli bildirib:

“Mən özüm də səsvermədə səhər saatlarında iştirak etdim. Səsvermə prosesində insanların nə qədər aktiv olduğunu gördüm. Səsvermə  keçirilən bir neçə ərazidə müşahidə aparmaq onu deməyə əsas verir ki, əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə daha böyük bir əhval-ruhiyyə var. Vətəndaşlar səsvermədə böyük coşqu ilə iştirak edib. Düzdür, vətəndaşlarımız hər zaman seçkilərə məsuliyyətli yanaşıblar, səsvermə prosesində iştirak ediblər. Seçicilər indi səsvermədə əvvəlki seçkilərdən fərqli olaraq qalib ordunun vətəndaşı kimi iştirak edir. Zəfərdən sonra ilk dəfə seçki keçirilir. Azərbaycan müstəqillik tarixində ilk dəfədir ki, suverenliyin tam bərpasından sonra seçki keçirilir. Hazırda Azərbaycan bütün ərazilərində seçki keçirilir. Bu da çox qürurvericidir. Çox gözəldir və bu münasibətlə xalqımızı təbrik edirəm. Xalqımız üçün xeyirli, uğurlu olsun. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ailəsinin Xankəndidə səsverməsi tarixi hadisədir. Bu hal dosta sevinc, düşmənə göz dağıdır. Buna dost ölkələrimiz baxıb sevinir, Ermənistan və onun arxasında duran ölkələrinin vəziyyətini təsvir etmək çətin deyil. Azərbaycan yaxın illərdə daha böyük zəfər əldə edəcək, ölkəmiz daha da güclənəcək. Həm iqtisadi, həm siyasi, həm regionda, həm də dünyada nüfuzu daha da artacaq. Hesab edirəm ki, ordu quruculuğunda, gənclər siyasətində, təhsil sahəsində, ümümiyyətlə, bütün sahələrdə əldə edən uğurlar davam edəcək. Azərbaycanın çox gözəl, böyük gələcəyi var. Dünyanın ən gözəl, ən yaxşı ölkələrin biri kimi hər zaman öz sözünü deyəcək”.

ƏvvəlkiAleksandr Lukaşenko İlham Əliyevi təbrik edib
NövbətiŞavkat Mirziyoyev seçkilərdə inamlı qələbə münasibətilə İlham Əliyevi təbrik edib