“Azərbaycan Ordusunun hərbi qulluqçusu, gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik”.
AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin!