Azərbaycan paralimpiyaçılarının 2023-cü ildə iştirak edəcəyi mühüm yarışlar açıqlanıb.
Milli Paralimpiya Komitəsindən “Report”a bildirilib ki, təqvim planına əsasən, idmançılar il ərzində 8 dünya çempionatı və dünya oyunlarında iştirak edəcəklər.
Atletika: 8-17 iyul / Paris, Fransa
Kamandan oxatma: 13 – 23 iyul / Plzen, Çexiya
Üzgüçülük: 27 iyul – 6 avqust / Mançester, Böyük Britaniya
Para-velosiped: 6 – 14 avqust / Böyük Britaniya
IBSA Dünya Oyunları: 18 – 27avqust / Birmingem, Böyük Britaniya
Pauerliftinq: 19 – 31 avqust / Dubay, Birləşmiş Ərəb Əmirlikləri
Güllə atıcılığı: 17 – 29 sentyabr / Lima, Peru
Əlil arabasında qılıncoynatma: 2 – 8 oktyabr / Terni, İtaliya
Para-taekvondo üzrə dünya çempionatı
Dünya çempionatları ilə yanaşı, cari ildə paralimpiyaçılar 7 Avropa çempionatı və qitə oyunları, 51 dünya kuboku və Qran-Priyə qatılacaqlar.
Eyni zamanda, bu ilin sentyabrında Bakıda para-cüdo üzrə sayca 3-cü Qran-Prinin keçirilməsi nəzərdə tutulur.