Futbol üzrə Misli Premyer Liqasının ikinci turuna avqustun 14-də “Bakcell Arena”da keçirilən “Neftçi”–“Kəpəz” oyunu ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, baş hakim Nicat İsmayıllının idarə etdiyi oyunda paytaxt təmsilçisi rəqibini 5:2 hesabı ilə məğlub edib.
Neftçinin heyətində qolları Solomon Kverkveliya (11), Qodsvey Donyo (12), Kenni Sayef, (15), Eddi İsrafilov (51), Yeqor Boqomolski (89), “Kəpəz” komandasında isə Abdullahi Şuaybu (57) və Nicat Süleymanov (90+3) vurublar.
Xatırladaq ki, bu komandalar arasında baş tutmuş son üç görüşdə “Neftçi” qalib gəlmişdi. “Kəpəz” isə son dörd səfər qarşılaşmasında qol vurmamışdı.