Azərbaycan prezidenti ilə danışıqlara hazıram

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlara hazır olduğunu bəyan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə o, Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı deyib.

N. Paşinyan yenidən Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirak etməli olduğunu vurğulayıb: “Mən Minsk qrupu çərçivəsində Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Lakin ona qədər danışıqların effektli olması üçün hər şeyi etmək lazımdır”.

 

https://youtu.be/ED372BdyMr8

ƏvvəlkiMüğənni Elton Hüseynəliyev qəzaya düşüb
NövbətiGələn il Azərbaycanda Ümumdünya Gömrük Təşkilatının beynəlxalq sərgisi keçiriləcək