Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak etmək üçün mayın 31-də Moldova Respublikasına səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Kişineu şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısını rəsmi şəxslər qarşıladılar.