Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına səfəri avqustun 9-da başa çatıb.

AZƏRTAC xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər yola saldılar.

ƏvvəlkiPrezident İlham Əliyev Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxış edib
NövbətiParis-2024: İspaniyanın futbol millisi çempion olub