Bu il Azərbaycan 56 min 333 ton qarğıdalı idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə qarğıdalının idxal dəyəri 17 milyon 485 min ABŞ dolları təşkil edib.
Bu, həcm baxımından 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 min 285 ton (48 %), dəyər baxımından isə 3 milyon 394 min ABŞ dolları (24 %) çoxdur.
Qeyd edək ki, qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,21 %-ini təşkil edib.