Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının lideri Anna Başta Türkiyənin İstanbul şəhərində keçirilən “Satellite” turnirində bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini 5 qələbə ilə başa vuran idmançı yarımfinaladək irəliləməyi bacarıb.
O, pley-offda Gürcüstan təmsilçisi Yeva Ahamian (15:5), əlcəzairli Kehla Zohra Nora (15:6), rumıniyalı Sabina Martis (15:12) və Türkiyə qılıncoynadanı Erbil Nisanura (15:8) qalib gələrək yarımfinala yüksəlib.
Anna Başta finalın bir addımlığında Ukrayna sablyaçısı, sonradan turnirin qalibi olan Olqa Xarlana 10:15 hesabı ilə uduzub və bürünc medalla kifayətlənib.