Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start verilib – FOTO

“Formula 1” üzrə 2020-ci il Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatına start verilib.

“Report” xəbər verir ki, Bakı Şahar Halqası əməliyyat Sirkəti (BŞH) “5 dekabr – Beynəlxalq Könüllülər Günü” munasibətilə xüsusi tədbir keçirərək yeni “Formula 1” mövsümü üçün könüllülərin qeydiyyatına təntənəli şəkildə başlayıb.

Pit binasında yerləşən Paddok Klubda reallaşan tədbirdə BŞH-nin İnsan Resursları şöbəsinin və BŞH Akademiyasının rəhbəri İranə Əhmədova, BP şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Cinema Plus” kinoteatrlar şəbəkəsinin müşahidə Şurasının üzvü Zaur Darabzadə nitq söyləyərək karyera quruculuğuna dair təcrübələrini iştirakçılarla bölüşüblər.

Açılış nitqinə təşkilatlar adından təbriklə başlayan İ.Əhmədova çıxışında könüllüləri yeni bilik və bacarıqlar əldə etməyə çağırıb: O, BŞH Akademiyasının hər bir gəncə fərdi və peşəkar inkişaf etmək şansı yaratdığını vurğulayıb.

Daha sonra çıxış edən Z.Darabzadə çıxışında özünəinamın uğurlu karyera qurmaqdakı vacib rolunu qeyd edib. O, öz karyerası barədə məlumat verərək, təcrübəsini bölüşüb.

BP rəsmisi isə müasir dövrdə hər bir gəncin əsas vəzifəsinin öz üzərində işləyərək yeni bacarıqlar və təcrübələr qazanmaq olduğunu bildirib.

2020-ci il Azərbaycan Qran-prisi üçün 3 min könüllünün cəlb olunması nəzərdə tutulur. Könüllülər proqramına müraciət üçün azı 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), böyük həvəs və əzmkarlığa sahib olmaq tələb olunur. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi
qeydiyyatdan keçə bilərlər.

Proqrama tələb hər ötən il artdığından və yerlər məhdud olduğundan, seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Seçim mərhələlərindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marsal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatlan və digər zəruri istiqamətlərdən birinə yönləndiriləcək.

Bir qayda olaraq, Əməliyyat Şirkəti könüllülərin yarışlara yüksək hazırlığı ilə yanaşı onların şəxsi inkişafına da xüsusi diqqət göstərir. Bu istiqamətdə könüllülər üçün müxtəlif təlim, seminar və danışıq klubları təşkil olunacaq. Bunda əsas məqsəd könüllülərdə komanda ruhunu artırmaqla yanaşı onlarda kollektivlə işləmək bacarığını inkişaf etdirməkdir. Proqram haqqında daha ətraflı məlumatı 0124041383 nömrəsi ilə əlaqə saxlamaq olar. Könüllülük proqramına dair yenilikləri https://www.facebook.com/BakuVolunteers/ və https://www.instagram.com/bakucitycircuit/ səhifələrindən də izləmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 5 – 7 iyunda keçiriləcək.

ƏvvəlkiBakıda şagirdlərə qanunsuz olaraq fərqlənmə attestatları verən direktor işdən çıxarılıb
NövbətiGürcüstanda rahib külli miqdarda narkotik vasitə ilə saxlanılıb