Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov və Ermənistanın baş prokuroru Anna Vardapetyan arasında üçtərəfli görüşü başlayıb.
“Report” xəbər verir ki, görüş Rusiyanın Sankt-Peterburq şəhərinin Taurid sarayında keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində keçirilir.
Bundan əvvəl Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnovla Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev arasında görüş keçirilib.