“BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin, demək olar ki, bütün bəyanatlarında üçtərəfli bəyanat çərçivəsində öhdəliklərin yerinə yetirilməsinə çağırış olub”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın Fransakı səfiri Leyla Abdullayeva tviterdə yazıb.
O bildirib ki, İrəvan Azərbaycan, Rusiya və Ermənistan liderləri arasından imzalanan üçtərəfli sənədi kobud şəkildə pozur.
“Ermənistan, nəhayət, BMT Təhlükəsizlik Şurasının üzvlərinin bu cür çağırışlarına əməl etməlidir”, – diplomat vurğulayıb.