Azərbaycan şahmatçısı Xaqan Əhməd Misirdə yeniyetmələr arasında keçirilən dünya birinciliyində bürünc medal qazanıb.
“Report”un məlumatına görə, o, 12 yaşlıların mübarizəsində 3-cü yeri tutub.
8 xal toplayan şahmatçı fəxri kürsüyə yüksəlib. Bu yaş kateqoriyasında Vyetnam təmsilçisi Duy Xonq Dao 9,5 xalla qalib adını qazanıb.
12 yaşlılar arasında Paşam Əlizadə 3-5-ci yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə şahmatçı 5-ci olub.
8 yaşlı qızların mübarizəsində Mehriban Əhmədli yarışı 5-ci pillədə başa vurub.