Azərbaycan şahmatçısı dünya çempionatında gümüş medal qazanıb

Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb. Bu gün çempionatda 11-ci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva XI turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bununla xalını 8-ə çatdıran Azərbaycan təmsilçisi gümüş medala layiq görülüb.

Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.

Əvvəlki“The Astana Times”: Azərbaycan üçün əsas prioritet türk dövlətləri ilə əlaqələri genişləndirməkdir
NövbətiQazaxıstan fevralda Almaniyaya 100 min ton neft nəql edib