Sambo üzrə Serbiyanın Novi Sad şəhərində keçirilən kadetlər arasında dünya birinciliyində Azərbaycan idmançısı üçüncü yer tutub.
Azərbaycan yığmasının baş məşqçisi Bəxtiyar Hacıyev AZƏRTAC-a bildirib ki, çempionatda 78 kiloqram çəki dərəcəsində mübarizə aparan Adil Adilzadə bürünc medala layiq görülüb.
Dekabrın 3-də start götürən dünya birinciliyinə bu gün yekun vurulacaq. Azərbaycan dünya çempionatında üç samboçu ilə qatılıb.