Taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan yığması Özbəkistan paytaxtı Daşkənddə keçirilən dünya birinciliyində ilk medalını qazanıb.
APA-nın məlumatına görə, komandanın heyətində Nizami Hacıyev fəxri kürsüyə yüksəlib.
53 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı yarımfinaladək Honkonq, Qazaxıstan və Misir taekvondoçularını mübarizədən kənarlaşdırıb. Lakin o, finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzaraq, bürünc medalla kifayətlənib.