2020-ci ilin dekabrından Trans-Adriatik boru kəməri (TAP) ilə Azərbaycandan Avropaya 1 milyard kubmetr qaz nəql olunub.
Trend bu barədə TAP AG konsorsiumuna istinadən məlumat verir.
Qeyd olunub ki, qaz Avropaya TAP-ın TANAP-la birləşdiyi Yunanıstanın Kipoy qəsəbəsindən daxil olur:
TAP-ın icraçı direktoru Luka Skyeppati bildirib ki, layihənin infrastrukturu bir neçə bazarda şaxələndirməni təmin etməyə imkan verir
Layihənin kommersiya direktoru Mariya Savovanın sözlərinə görə, ilk bir milyard kubmetr qazın tədarükü TAP-ın etibarlı tərəfdaş kimi rolunu artırır.