Azərbaycan Turizm Assosiasiyasının (AZTA) təşəbbüsü, Türkiyənin aparıcı turizm qurumlarının dəstəyi ilə Türk Dövlətlərinin Turizm Təşkilatı yaradılacaq.
AZTA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni yaradılacaq təşkilatın əsas məqsədi türk dünyasının turizm potensialının birgə təbliği və geniş təşviq edilməsi, eləcə də bu potensialın dünyaya yayılmasıdır.
Hazırda Türk Dövlətlərinin Turizm Təşkilatının yaradılması üçün türkdilli ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə danışıqlar aparılır.