Ötən il Azərbaycandan Gürcüstan vasitəsilə Türkiyəyə 720,6 milyon kilovatt/saat həcmində elektrik enerjisi tranzit olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, illik müqayisədə həcm 7 dəfə artıb.
2021-ci ildə tranzit fevral, mart, aprel və may ayları istisna olmaqla il boyu, 2020-ci ildə isə yalnız yanvar, fevral, iyun və iyul aylarında həyata keçirilib.