Azərbaycan para-üzgüçüsü Raman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
“Report”un məlumatına görə, üçqat paralimpiya çempionu 100 metr məsafəyə “butterfly” üsulu ilə üzmə növündə 58.73 saniyə nəticə göstərərək üçüncü yeri tutub.
Qeyd edək ki, Raman Saley daha əvvəl 100 metr məsafəyə arxasıüstə üzmə növündə gümüş medala sahib çıxıb.