Azərbaycan və BƏƏ arasında İT sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir Rəşad Nəbiyev rəsmi səhifəsində paylaşım edib.

“Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşdük. İki ölkə arasında İT sahəsində əməkdaşlıq perspektivləri və Bakıda keçiriləcək COP29-a hazırlıq məsələlərini müzakirə etdik”, – deyə R.Nəbiyev qeyd edib.

ƏvvəlkiTacikistan yüklərinin Azərbaycan üzərindən daşınması məsələləri müzakirə olunub
NövbətiNaxçıvanda 137 namizəd müəllim adını qazanıb