Bu il Böyük Britaniya və Azərbaycan xarici siyasətlə bağlı nazirlər səviyyəsində dialoq aparmağı planlaşdırır.
Bu barədə “Report”a müsahibəsində Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson bildirib.
“Fevralın sonlarında Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında baş naziri təmsil etmək üçün Bakıya edəcəyim səfəri səbirsizliklə gözləyirəm. Bu il daha sonra nazirlər səviyyəsində xarici siyasətlə bağlı dialoq aparmağı da planlaşdırırıq. Müzakirələr üçün vacib ikitərəfli gündəliyimiz var. Buraya ticarət siyasəti, eləcə də regional məsələlər daxildir”, – E.Nikolson deyib.