Azərbaycanla Moldova arasında iqtisadi münasibətlərin inkişaf istiqamətləri, investisiya, ticarət, energetika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Tviter hesabında bildirib.
Onun sözlərinə görə, bu barədə Moldovanın Azərbaycandakı səfiri Aleksandr Esaulenko ilə görüşdə fikir mübadiləsi aparılıb.