Azərbaycan və Qətər arasında Dohada siyasi məsləhətləşmələrin ilk mərhələsi keçirilib.
“Report” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinə Xarici İşlər nazirinin müavini Ramiz Həsənov rəhbərlik edib.
Siyasi məsləhətləşmələrdə Qətər və Azərbaycan arasında ikitərəfli münasibətlər, eləcə də qarşılıqlı faydalılıq əsasda bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.