Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbi əməkdaşlığın cari vəziyyətini müzakirə ediblər

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAndrey Sibiqa: Türkiyə ilə Ukraynanın təhlükəsizlik təminatında iştirakı müzakirə olunub
NövbətiFormula 1 üzrə Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi məlum olub