Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandasının avqustun 1-də Braziliyada start götürəcək 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turniri üçün heyəti açıqlanıb.
Federasiyanın mətbuat xidmətindən Türk.az-a verilən məlumata görə, baş məşqçi Covanni Kaprara yarış öncəsi xaricdə keçiriləcək təlim-məşq toplanışına 15 oyunçu ilə yollanıb. Onlar 30-dək voleybolçu arasından seçiliblər:
1. Leyla Parşkova, 2. Yana Əzimova, 3. Anastasiya Qurbanova, 4. Odina Əliyeva, 5. Ayşən Abduləzimova, 6. Olena Həsənova, 7. Yelizaveta Səmədova, 8. Anastasiya Bessonova, 9. Kristsina Yaqubova, 10. Polina Rəhimova, 11. Şəfaqət Alışanova, 12. Bəyaz Alıyeva, 13. Marqarita Əzizova, 14. Mariya Kirilyuk, 15. Kseniya Pavlenko.
Yığma üzvləri əvvəlcə Bolqarıstanda, daha sonra Rusiya və Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda hazırlıq çərçivəsində Bolqarıstan və Rusiya ilə bir neçə yoxlama oyunları da keçirəcək.
Qeyd edək ki, Azərbaycan millisi Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq. Təsnifat Turniri iyulun 3-dək davam edəcək. D qrupunda yer alan Azərbaycan Braziliya ilə yanaşı, Dominikan Respublikası və Kamerunla qüvvəsini sınayacaq.