Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

“Ermənistan Xarici İşlər Nazirliyinin sonuncu bəyanatında qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır. Təəccüblüdür, Ermənistan müdafiə nazirinin Azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?!”.

Türk.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti bildirilib.

“Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxardılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Nə qədər tez Ermənistan bu reallığı dərk etsə, bir o qədər tez bölgəmizdə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”, – XİN-in açıqlamasında vurğulanıb.

ƏvvəlkiƏbülfəz Elçibəyin kürəkəni: “Həlimə xanımın halı qəfildən pisləşdi”
NövbətiƏbülfəz Elçibəyin həyat yoldaşı vəfat edib