Azərbaycan XİN rəhbəri yenidən həmsədrlərlə görüşəcək

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov İsveçrəyə səfər edəcək.

“Report”un məlumatına görə, səfər oktyabr ayının 29-na planlaşdırılıb.

Səfər zamanı Azərbaycan XİN rəhbəri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.

Cenevrə şəhərində planlaşdırılan görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək.

ƏvvəlkiABŞ Qarabağda humanitar atəşkəs elan etdi
NövbətiATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar