Futbol üzrə Azərbaycan yığması Bakıda Farer adaları millisi ilə görüşdə hesabı artırıb.
Matçda ilk qolu millinin 13 nömrəli futbolçusu Dimitri Nazarov vurub. O, oyunun 18-ci dəqiqəsində künc zərbəsindən qaldırılan topu birbaşa qapıya vurub və top rəqib futbolçunun ayağına dəyərək tora daxil olub – 1:0.
Matçın 28-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Mahir Mədətov təqribən 30 metr məsafədən qapını dəqiq nişan alıb və hesabı 2:0-a çatdırıb.