Gürcüstanın Batumi şəhərində 43-cü Ümumdünya Şahmat Olimpiadasında IV turun qarşılaşmaları keçirilib.
“Report” xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi İngiltərə yığması ilə üz-üzə gəlib.
Qarşılaşma yığmamızın inamlı qələbəsi ilə başa çatıb – 3,5:0,5.
Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Teymur Rəcəbov rəqiblərinə qalib gəlib. Arkadi Naydiç isə öz görüşünü heç-heçə ilə başa vurub.
Qadınlardan ibarət yığma komanda isə ABŞ kollektivi ilə dueldən məğlub ayrılıb – 1,5:2,5. Komandanın heyətində yalnız Xanım Balacayeva qələbə qazana bilib.
Kişilər
Azərbaycan – İngiltərə – 3.5:0,5
Şəhriyar Məmmədyarov – Maykl Adams -1:0
Teymur Rəcəbov – Lük Makşeyn – 1:0
Arkadi Naydiç – Devid Hauel – 0,5:0,5
Rauf Məmmədov – Cons Qaveyn – 1:0
Ş.Məmmədyarovla A.Naydiç ağ, R.Məmmədov və T.Rəcəbov isə qara fiqurlarla oynayıb.
Qadınlar
Azərbaycan – ABŞ – 1,5:2,5
Günay Məmmədzadə – Anna Zatonski – 0:1
Zeynəb Məmmədyarova – İrina Kruş – 0:1
Xanım Balacayeva – Tatev Abrahamyan – 1:0
Gülnar Məmmədova – Cennifer Yu – 0,5:0,5
G.Məmmədzadə ilə X.Balacayev ağ, Z.Məmmədyarova və G.Məmmədova isə qara fiqurlarla mübarizə aparıb.
Bu nəticələrdən sonra kişilərdən ibarət yığmanın aktivində 9, qadınlardan ibarət komandanın isə 6 xalı var.