Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 87 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, 3 nəfər ölüb.
Azərbaycanda indiyədək ümumilikdə 335 961 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 193 nəfər müalicə olunaraq sağalıb, 4 973 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.
Ölkədə son sutka ərzində 7238, hazırkı dövrədək isə 3 740 432 test aparılıb.