2021-ci ildə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 8%-dək artaraq 665 mini ötüb.
“APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir əlavə edib ki, aktiv hüquqi şəxslərin sayı ilin sonuna 100 mini keçib.