Aprelin 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, üç və daha çox doza vaksinlərin sayı – 1-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 549 min 308, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 330 min 997, ikinci mərhələ üzrə 4 milyon 832 min 867, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 151 min 708, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 233 min 736-dır.