Yanvarın 8-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 431 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 243, ikinci doza vaksinlərin sayı 47, üç və daha çox doza vaksinlərin sayı 115, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 26-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 935 min 174, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 398 min 628, ikinci mərhələ üzrə 4 milyon 875 min 746, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 395 min 811, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 789-dur.