Azərbaycanda daha 359 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 626 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8 529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 267, ötən müddət ərzində isə ümumilikdə 6 010 761 test aparılıb.

ƏvvəlkiOmbudsman Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb
NövbətiAzərbaycanda professor, dosent, elmlər və fəlsəfə doktorlarına ödənilən əlavələr artırılıb