Azərbaycanda donorlara güzəşt tətbiq ediləcək

Azərbaycanda donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirən şəxs əmək haqqının 100 faizi (tam) məbləğində müavinət alacaq.

Türk.az xəbər verir ki, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd olunub.

Qanunun layihəsinin 20-ci (canlı donorun hüquq və vəzifələri) maddəsinə əsasən, canlı donorun tibb müəssisəsindən tibbi əməliyyatla bağlı, o cümlədən, baş verə biləcək ağırlaşmalar barədə tam və obyektiv məlumat almaq, bu əməliyyatla bağlı dövlət tibb müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada müalicə və reablitasiya olunmaq, o cümlədən dərman vasitələri ilə təmin olunmaq, istənilən an öz donor orqanını verməkdən imtina etmək, daimi dispanser müşahidəsində olmaq, özünə orqan köçürülməsinə ehtiyac yaranarsa, donor orqanı ilə növbədənkənar təmin olunmaq, donorluqla əlaqədar əmək qabiliyyətini müvəqqəti itirdikdə əmək haqqının 100 faizi (tam) məbləğində müavinət almaq, donorluqla əlaqədar əlil olarsa, əmək stajından və pensiya kapitalının məbləğindən asılı olmayaraq pensiya almaq hüququ əldə etmək hüquqları var.

Orqanların köçürülməsinə razılıq verən donor özünün zərərli vərdişləri və ona məlum olan xəstəlikləri barədə məlumat verməlidir.

ƏvvəlkiDİM: Minimal bal tələbini ödəməyən bakalavrlara imtahanın ikinci mərhələsində iştiraka imkanı veriləcək
NövbətiNovruz bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub