2024-cü il yanvar ayının 1-nə aktiv vergiödəyicilərinin sayı ötən ilin əvvəli ilə müqayisədə 7 faiz artaraq 761,7 min olub.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 14,4 faiz artıb və 45,7 min təşkil edib.
Həmçinin aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 2023-cü ilin əvvəlinə nisbətən 8,1 faiz artaraq 204,6 minə çatıb.