Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 473,728 milyon manat təşkil edib.
“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 12,3 % artaraq 136,952 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 13,9 % azalaraq 314,878 milyon manat, aksizlər üzrə daxilolmalar 24,7 % artaraq 18,507 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 23,7 % azalaraq 3,392 milyon manat olub.