Bu il iyulun 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 484 486 min manat təşkil edib.
“Report” İpoteka və Kredit Zəmanət Fonduna istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 17 918 min manat, yaxud 1,2% çoxdur.
Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 242 vahid artaraq 28 961-dən 29 203-ə çatıb.
Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ mayda 4 950 min manat və yaxud 5,7% artaraq 91 341 min manata çatıb.
Ötən ay Fondun dövriyyədə olan istiqrazlarının dəyəri isə 20 832 min manat və yaxud 3,2% artaraq 775 644 min manatdan 800 644 min manata çatıb.