Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3762 yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 38 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 436 min 257 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 377 min 287 nəfər müalicə olunaraq sağalıb, 5 min 760 nəfər vəfat edib. Aktiv xəstə sayı 53 min 210 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 17, bu günə qədər isə ümumilikdə 4 milyon 517 min 734 test icra olunub.