Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 40 nəfər müalicə olunaraq sağalıb, 69 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan 3 nəfər ölüb.
Hazırkı dövrədək ölkəmizdə 337 min 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 802 nəfər müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib. Aktiv xəstə sayı 1534 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 858 min 551 test aparılıb. Bugünkü test sayı isə 6271-dir.