Azərbaycan Respublikasında koronavirus infeksiyasından 268 nəfər müalicə olunaraq sağalıb, 840 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 242 min 491 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. Onlardan 231 min 638 nəfər müalicə olunaraq sağalıb, 3 min 307 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 546 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 736 min 493 test aparılıb. Bugünkü test sayı isə 10 min 23-dür.