Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 67 min 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 50 min 9 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib. Aktiv xəstə sayı 16516 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 457 min 177 test aparılıb. Bugünkü test sayı isə 9592-dir.