Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4451 yoluxma faktı qeydə alınıb, 4283 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 175 min 874 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 111 min 918 nəfər müalicə olunaraq sağalıb, 1922 nəfər vəfat edib. Aktiv xəstə sayı 62 min 34 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 953 min 303 test aparılıb. Bugünkü test sayı isə 15 min 59-dur.