Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 596 yoluxma faktı qeydə alınıb, 322 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 57 min 40 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 44 min 479 nəfər müalicə olunaraq sağalıb, 753 nəfər vəfat edib. Aktiv xəstə sayı 11808 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 368 min 620 test aparılıb. Bugünkü test sayı isə 5081-dir.