Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1276 nəfər müalicə olunaraq sağalıb, 519 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 225 min 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 min 798 nəfər müalicə olunaraq sağalıb, 2941 nəfər vəfat edib. Aktiv xəstə sayı 11607 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 279 min 907 test aparılıb. Bugünkü test sayı isə 7898-dir.