Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4392 nəfər müalicə olunaraq sağalıb, 2284 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 205 min 877 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 147 min 199 nəfər müalicə olunaraq sağalıb, 2294 nəfər vəfat edib. Aktiv xəstə sayı 56384 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 88 min 358 test aparılıb. Bugünkü test sayı isə 15221-dir.