Azərbaycan Respublikasında koronavirus infeksiyasından 776 nəfər müalicə olunaraq sağalıb, 2021 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 270 min 735 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 241 min 646 nəfər müalicə olunaraq sağalıb, 3677 nəfər vəfat edib. Aktiv xəstə sayı 25412 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 928 min 955 test aparılıb. Bugünkü test sayı isə 12210-dur.