Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2057 nəfər müalicə olunaraq sağalıb, 844 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 324 min 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 301 min 6 nəfər müalicə olunaraq sağalıb, 4635 nəfər vəfat edib. Aktiv xəstə sayı 19044 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 300 min 581 test aparılıb. Bugünkü test sayı isə 10717-dir.